Bank Of Baku

Azərbaycanda ötən ay 2 006 240 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycanda ötən ay 2 006 240 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan təmizlənib
# 05 mart 2010 14:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu ilin fevral ayında Azərbaycanda 2 006 240 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Əməliyyatlar zamanı 2 749 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Fevral ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Minatəmizləmə əməliyyatlarında ümumilikdə 425 mütəxəssis və 115 yardımçı heyət iştirak edib. Həmçinin 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtarana it əməliyyatlara cəlb olunub.

ANAMA tərəfindən indiyədək ölkə üzrə cəmi 126 278 663 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 604 661 olub.

Hazırda Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Ağstafa, Gədəbəy, Göygöl və Bakı şəhəri, Qaradağ rayonu ərazisində aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR