Bank Of Baku

Ekspedisiya rəhbəri: “Şəkidəki Daşüz kurqanlar qrupuna daxil olan arxeoloji abidələr məhv olmaq təhlükəsi ilə üzləşib”

Ekspedisiya rəhbəri: “Şəkidəki Daşüz kurqanlar qrupuna daxil olan arxeoloji abidələr məhv olmaq təhlükəsi ilə üzləşib”
# 05 mart 2010 15:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Şəki Kərpic Zavodunun torpaq karxanası ərazisində yerləşən Daşüz kurqanlar qrupuna daxil olan arxeoloji abidələr məhv olmaq təhlükəsi ilə üzləşib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki, Qax, Oğuz arxeoloji ekspedisiyasının rəhbəri Nəsib Muxtarov bildirib. Onun sözlərinə görə, sözügedən ərazidə tunc dövründən başlamış antik dövrə qədər maddi-mədəniyyət qalıqları yerləşir: “Zavodun əvvəlki rəhbərliyi ilə razılaşmışdıq ki, torpaq götürülən zaman bu ərazidə yerləşən abidələrə zərər vurulmasın. Lakin bir həftə bundan qabaq zavodun yeni rəhbərliyinin tapşırığı ilə ekskavatorlar əraziyə gələrək məhz abidələr yerləşən ərazidən torpaq götürməyə başlayıblar. Nəticədə ərazidəki abidələrə və maddi-mədəniyyət nümunələrinə xeyli ziyan dəyib”.
N. Muxtarovun sözlərinə görə, problemlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə və AMEA-ya müraciət edib: “Burada qazıntı dərhal dayandırılmalıdır. Kərpic zavodunun rəhbərliyi və Daşüz bələdiyyəsi belə tarixi abidənin dağıdılmasının məsuliyyətini başa düşməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR