Bank Of Baku

Sumqayıtda Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş tədbir keçirilib

Sumqayıtda Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş tədbir keçirilib
# 09 mart 2010 09:26 (UTC +04:00)
Sumqayıt – APA. “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialı “5 mart - Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunmuş tədbir keçirib.

APA-nın məlumatına görə, M.Hüseynzadə adına Sumqayıt şəhər Stadionunda baş tutan tədbirin açılış mərasimində təhsil nazirinin müavini Elmar Qasımov və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev iştirak edib.

Mərasimdə çıxış edən V.Əliyev bu günün tarixindən danışaraq idmançılarımıza uğurlar arzulayıb. Daha sonra çıxış edən E.Qasımov Sumqayıt idmanının nailiyyətlərini yüksək qiymətləndirdiyini bildirib. Mərasimdə müxtəlif idman növlərinə aid nümunəvi çıxışlar nümayiş olunub.

E.Qasımov Sumqayıta səfəri çərçivəsində əsaslı təmir və yenidənqurma işləri aparılmış bir neçə sosial obyektdə də olub. O, Sumqayıt şəhər 3 saylı Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbi, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi və 1 saylı Uşaq Gənclər İdman Məktəbində aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR