Bank Of Baku

Avropa Komissiyası: Dünyadakı iqtisadi-maliyyə böhranına baxmayaraq, Azərbaycanda təhsilin maliyyələşdirilməsi artıb

Avropa Komissiyası: Dünyadakı iqtisadi-maliyyə böhranına baxmayaraq, Azərbaycanda təhsilin maliyyələşdirilməsi artıb
# 09 mart 2010 11:42 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Dünyadakı iqtisadi-maliyyə böhranına baxmayaraq, bəzi Bolonya sistemi ölkələri, o cümlədən Azərbaycan təhsil sahəsinin maliyyələşdirilməsini nəinki azaltmır, əksinə, artırır. APA-nın xəbərinə görə, bu barədə Bolonya prosesi iştirakçısı olan 46 ölkə barədə hazırlanmış hesabatda deyilir. Hesabat Avropa Komissiyası üçün hazırlanıb və martın 8-də qurumun təhsil, mədəniyyət üzrə komissarı Andrulla Vassiliu tərəfindən təqdim olunub.

Sənəddə bildirilir ki, bir sıra ölkələrdə təhsilə ayrılan büdcə vəsaitlərinin ixtisarı müşahidə edilir, Xorvatiya, Makedoniya, İrlandiya, İslandiya, Latviya, Moldova, Ukrayna kimi ölkələrdə bu azalma 5 faizdən də çoxdur. Azərbaycan, Gürcüstan, Litva, Avstriya, Fransa, Portuqaliya, İsveçrə, Kipr, Lixtenşteyn, Bosniya-Herseqovina, Kipr, Vatikan kimi ölkələrdə isə təhsilə ayrılan dövlət vəsaitinin həcmi 5% və ya daha çox artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR