Bank Of Baku

TQDK ingilis dili və ədəbiyyat fənləri üzrə vəsaitlər çap etdirib

TQDK ingilis dili və ədəbiyyat fənləri üzrə vəsaitlər çap etdirib
# 09 mart 2010 12:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarına hazırlaşan abituriyentlər və yuxarı sinif şagirdləri üçün ingilis dili və ədəbiyyat fənləri üzrə vəsaitlər çap etdirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ingilis dilindən təqdim olunan vəsait orta ümumtəhsil məktəbləri üçün qüvvədə olan tədris proqramı əsasında hazırlanıb və qəbul proqramına tam uyğundur.

Vəsait uc hissədən - fonetika, morfologiya və sintaksis bölmələrindən ibarətdir. Vəsaitdə hər mövzudan sonra test tapşırıqları və onların cavabları da təqdim olunub. Vəsaitin sonunda fonetika, zaman formaları, sifətin müqayisə dərəcələri, sual cümlələrinin növləri üzrə cədvəllər, söz önlərinin, frazeoloji birləşmələrin işlənməsini əks etdirən siyahılar verilib.

Abituriyentlərə, orta məktəb şagirdlərinə, Azərbaycan dili və ədəbiyyat müəllimlərinə təqdim edilən ədəbiyyat fənni üzrə vəsait də Təhsil Nazirliyinin orta ümumtəhsil məktəbləri üçün ədəbiyyatdan tədris proqramına və TQDK-nın qəbul proqramına uyğun hazırlanıb. Bölmələrin sonunda mövzunu tam əhatə edəcək testlər verilib, bu testlərin düşündürücü və məntiqi olmasına diqqət yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR