Bank Of Baku

İordaniyanın gənclərlə iş üzrə Ali Şurası baş katibliyinin nümayəndə heyəti Azərbaycana gəlib

İordaniyanın gənclərlə iş üzrə Ali Şurası baş katibliyinin nümayəndə heyəti  Azərbaycana gəlib
# 09 mart 2010 13:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. İordaniya Haşimilər Krallığının gənclərlə iş üzrə Ali Şurasının Baş Katibliyinin rəsmi nümayəndə heyətinin Azərbaycana səfəri başlanıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
nümayəndə heyətində İordaniya Haşimilər Krallığının Gənclərlə iş üzrə Ali Şurasının Baş katibi Sari Hamdan, Gənclər hərəkətinin təşviqi üzrə Milli Fondun baş direktoru Abdurrəhman Armuti, Beynəlxalq təşkilatlar bölməsinin rəisi Arif İshakat və Milli Olimpiya Komitəsinin nümayəndəsi Narin Haj Tass təmsil olunur.
Səfər “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2010-2011-2012-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı” çərçivəsində həyata keçirilir.
Səfərin proqramına əsasən nümayəndə heyətinin Azərbaycan Milli Olimpiya Komitəsində, Qafqaz Müsəlmanları İdarəsində, Gənclər və İdman Nazirliyində görüşləri keçiriləcək. Qonqların Heydər Əliyev Fondunda, Bakı şəhərində yerləşən tarixi-mədəni obyektlərdə tanışlıq məqsədi ilə gəzintiləri nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR