Bank Of Baku

Azərbaycanda məktəblilərin yaz tətilinin vaxtı dəyişdirilib

Azərbaycanda məktəblilərin yaz tətilinin vaxtı dəyişdirilib
# 09 mart 2010 13:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Orta ümumtəhsil məktəblərində yaz tətilinin müddəti dəyişdirilib. Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, qrafikə görə, məktəblilərin yaz tətili martın 16-dan 23-nə qədər olmalı idi. Lakin Azərbaycan Nazirlər Kabinetinin (NK) bayram günləri ilə bağlı qərarına uyğun olaraq orta məktəblərdə də yaz tətilinin günlərində dəyişiklik edilib: “Orta məktəblərdə yaz tətili martın 16-dan başlayacaq. Beş günlük qrafiklə təhsil alan uşaqlar məktəbə martın 29-da gedəcəklər. Altı günlük qrafiklə tədris verən məktəblərdə isə dərslər martın 26-da başlayacaq. Yəni, martın 26-sı və 27-si həmin məktəblərdə iş günüdür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR