Bank Of Baku

Ötən il 121 nəfərin Azərbaycan vətəndaşlığına xitam verilib

Ötən il 121 nəfərin Azərbaycan vətəndaşlığına xitam verilib
# 09 mart 2010 13:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin sədri Əlövsət Əliyev 2009-cu ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Ə. Əliyev bildirib ki, ötən il birliyə 4974 müraciət daxil olub, onların 2492-si telefonla edilib, qalanları isə bilavasitə müraciətlər olub. Ə. Əliyev deyib ki, müraciət edənlərin 2195-nin xaricə getmək üçün qarşılaşdıqları problemləri qeyd ediblər. Ölkəni tərk etmək istəyənlərin əksəriyyəti buna səbəb kimi iş axtarmağı, yaxşı yaşamağı və digər məsələləri göstəriblər. Ə. Əliyev bildirib ki, birliyə müraciət edənlərin 60 faizini Azərbaycan vətəndaşları təşkil edib: “Xarici ölkələrin vətəndaşları da müraciət edib ki, onların da sırasında Gürcüstan, Bosniya-Hersoqovina, Çin, Pakistan, İran və digər ölkələrin vətəndaşları üstünlük təşkil edir”.

Birlik sədri ötən il 116 nəfərin Azərbaycan vətəndaşlığına qəbul olunduğunu, 121 nəfərin isə Azərbaycan vətəndaşlığına xitam verildiyini vurğulayıb.

Ə. Əliyev Azərbaycanda mövcud olan immiqrantların statistikasını da açıqlayıb. Onun sözlərinə görə, hazırda Azərbaycanda 60 minə yaxın əcnəbi immiqrant yaşayır. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə isə onların 5 min nəfəri işləmək üçün müraciət edib: “Azərbaycanın əmək bazarında 45 minə yaxın miqrant əmək fəaliyyəti ilə məşğul olur. Onların əksəriyyəti əmək müqaviləsi olmadan fəaliyyət göstərirlər”.

Birlik sədri 2009-cu ildə “SerbAz” firması tərəfindən Azərbaycanda çalışan 1500-ə qədər işçinin 6 aylıq maaşının verilməməsi faktının olduğunu da qeyd edib. Həmçinin, o həmin şəxslərin işə götürülməsi ilə bağlı dövlət büdcəsinə vergi ödənmədiyini də qeyd edib: “Dövlət büdcəsinə hüquqi şəxsin mənfəət vergisi kimi 9,9 milyon manat ödənilməli idi. Orada çalışan əcnəbilərin maaşlarının verilməməsi barədə bizə məlumat daxil olandan sonra məsələyə müdaxilə etdik və onlar üçün ümumilikdə 3 milyon avro ödənildi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR