Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu ən səmərəli idarəetmə nominasiyasında qalib elan edilib

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu ən səmərəli idarəetmə  nominasiyasında qalib elan edilib
# 10 mart 2010 07:25 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) Polşada keçirilən I Avropa Sosial Forumunda iştirak edib.

APA-Economics”in məlumatına görə, DSMF sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib ki, tədbirdə Avropanın bütün ölkələri təmsil olunub.

Beynəlxalq Sosial Təminat Assosiasiyası 2009-cu ilin nəticələrinə görə Avropa ölkələrində fəaliyyət göstərən pensiya-sığorta qurumlarına bir neçə nominasiya üzrə mükafatlar təqdim edib. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə ən səmərəli idarəetmə nominasiyasında qalib elan edilib.

Xatırladaq ki, DSMF bu ilin birinci yarım illiyinin sonuna kimi Azərbaycanın sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı (2009-2015-ci illər) çərçivəsində pensiya təyinatının tam avtomatlaşdırılması üzrə işlər başa çatacaq. Bu sahədə daxili nəzarətin ictimai nəzarətlə əvəz olunması və insan amilinin rolunun minimuma endirilməsi istiqamətində tədbirlər həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR