Bank Of Baku

Xaldan-Balakən qaz kəmərində sızma baş verib

Xaldan-Balakən qaz kəmərində sızma baş verib
# 10 mart 2010 08:28 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsi dayandırılıb. Bölgə sakinlərinin APA-nın yerli bürosuna verdikləri məlumata görə, bu gün səhər saat 09.30 radələrindən heç bir xəbərdarlıq olunmadan Şəki, Qax, Zaqatala və Balakən rayonlarına təbii qazın verilməsində fasilə yaranıb.

Zaqatala Qaz İstismarı İdarəsindən APA-ya verilən məlumatda bölgəyə təbii qazın verilməsinin dayandırılması faktı təsdiqlənib. Buna səbəb kimi Xaldan-Balakən əsas magistral qaz kəmərində qaz sızmasının olması göstərilib. Hazırda Ağdaş Magistral Qaz Kəməri İdarəsinin əməkdaşları hadisə yerində təmir işlərinə başlayıb. Məlumata görə, günün sonuna kimi təmir işləri başa çatacaq və bölgəyə təbii qazın verilməsi bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR