Bank Of Baku

Yaxın günlərdə Azərbaycanda hava şəraitində ciddi dəyişiklik gözlənilmir

Yaxın günlərdə Azərbaycanda hava şəraitində ciddi dəyişiklik gözlənilmir
# 10 mart 2010 09:12 (UTC +04:00)
Şimal küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 8-10 dərəcə, axşam 5-7 dərəcə isti olacaq.

Martın 11-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 6-8 dərəcə isti olacaq.

Martın 12-də havanın buludlu olacağı, arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 10-12 dərəcə isti olacaq.

Martın 13-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər bəzi yerlərdə duman, çiskin ehtimalı var. Şimal-qərb küləyi əsəcək, axşama doğru güclənəcək. Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 10-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 11-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-6 dərəcə isti olacaq.

Martın 12-13-də hava əsasən yağmursuz keçəcək. Lakin martın 13-də əsasən gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4-7 dərəcə, gündüz 8-12 dərəcə isti, martın 12-də bəzi yerlərdə 14-17 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR