Bank Of Baku

“Yaşlıların Təhsil Mərkəzləri yoxsulluğun azaldılması, təhsil və sosial həmrəylik üçün imkan kimi” adlı yeni layihənin icrasına başlanılıb

“Yaşlıların Təhsil Mərkəzləri yoxsulluğun azaldılması, təhsil və sosial həmrəylik üçün imkan kimi”  adlı yeni layihənin icrasına başlanılıb
# 10 mart 2010 09:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Avropa Komissiyasının “Qeyri-Hökumət və Yerli Özünüidarəetmə Qurumları İnkişafda” proqramı çərçivəsində “Yaşlıların Təhsil Mərkəzləri yoxsulluğun azaldılması, təhsil və sosial həmrəylik üçün imkan kimi” adlı yeni layihənin icrasına başlanılıb. APA-nın məlumatına görə, layihə 30 ay müddətində Azərbaycan 6 cənub rayonunda (Masallı, Lənkəran, Cəlilabad, Yardımlı, Lerik və Astara) həyata keçiriləcək. Layihə Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaş İnstitutu (dvv international), “Aqro-məsləhət” qeyri-hökumət təşkilatı, Yaşlıların Təhsili Assosiasiyası və Masallı rayonunun Aşurlu bələdiyyəsi tərəfindən icra olunacaq. Avropa Komissiyası və Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən birgə maliyyələşdirilən layihənin büdcəsi 596,066 avrodur.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov bildirib ki, hazırkı dövrdə yaşlıların təhsili çox aktual məsələyə çevrilib: “Əhalinin əmək bazarının dəyişən tələblərinə çevik reaksiya verməsi tələb olunur. Belə yanlış təsəvvür var ki, yaşlıların təhsili yalnız savadsız adamların təhsil alması deməkdir. Halbuki, burada yenidən hazırlanma, bilik və bacarıqların daha da təkmilləşdirilməsi də nəzərdə tutulur”.

Avropa İttifaqının (Aİ) siyasət, iqtisadiyyat, mətbuat və kommunikasiya sektorunun başçısı Jerome Pons isə bildirib ki, təhsil və yaşlıların təhsili Aİ üçün prioritetdir : “2010-cu il Avropa İttifaqı tərəfindən yoxsulluğun azaldılması ili elan olunub. Yaşlıların təhsili yoxsulluğun azaldılmasına və potensial artırılmasına töhfə verir. Azərbaycanda yoxsulluğun səviyyəsi ildən-ilə azalır. Bunu alqışlamaq lazımdır. Lakin hələ də əhalinin 10-13 faizi yoxsulluq həddin aşağı səviyyədə yaşayır. Bu o deməkdir ki, həmin təbəqələr də diqqətdən saxlanılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR