Bank Of Baku

“Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində professor Rafiq Əliyevlə görüş keçirilib - FOTO

“Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində professor Rafiq Əliyevlə görüş keçirilib - <font color=red>FOTO</font>
# 10 mart 2010 10:04 (UTC +04:00)
Bakı-APA. “Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyində “Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində növbəti görüş keçirilib. APA-nın məlumatına görə, növbəti görüş texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rafiq Əliyevə həsr olunub. Görüşdə yazıçı-dramaturq Əli Əmirli, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova, yazıçı-sənətşünas Sara Qğuz, filosof Əhməd Qəşəmoğlu, fəlsəfə və sənətşünaslıq doktoru Sevil Fərhadova, filologiya elmləri namizədi Möminat Ömərova, yazıçı Mənzər Nigatlı, bəstəkar Elnarə Dadaşova, sənətşünaslıq namizədi Aydın Talıbzadə, yazıçı-jurnalist Möhbəddin Səməd, o cümlədən, elmin müxtəlif sahələrində çalışan gənclər də var idi. Görüşdə çıxış edən dramaturq Əli Əmirli Azərbaycanı dünya miqyasında tanıdan həmyerlimizin həyatı və elmi fəaliyyətindən söz açıb və Rafiq Əliyevin respublikamızda və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində müstəsna rolu olduğunu qeyd edib. Daha sonra tədbirdə çıxış edən, Rafiq Əliyevə həsr olunmuş “Alim” sənədli filminin ssenari müəllifi Möhbəddin Səməd professorun bilavasitə rəhbərliyi və iştirakı ilə 1994-cü ildən başlayaraq hər iki ildən bir Avropanın bir sıra ölkələrində ″Qeyri-səlis sistemlərin tətbiqi″, 2000-ci ildən başlayaraq hər iki ildən bir Daşkənddə ″Qeyri-səlis sistemlərin tətbiqi və Soft Kompütinq″, 2000-ci ildən başlayaraq hər iki ildən bir Antalyada ″Sistem təhlilində, qərarqəbuletmə və idarəetmədə sözlə işləyən kompüter və Soft Kompütinq″ üzrə beynəlxalq elmi konfransların keçirildiyini qeyd edib. O bildirib ki, Rafiq Əliyev informatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və Soft Kompütingə həsr olunmuş 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir. Görüş iştirakçıları “Alim” sənədli filmini böyük maraqla seyr ediblər. Tədbirin sonunda birliyin sədri Solmaz Əmirli “Ziyalı ünsiyyəti”nin daimi üzvlərinə, qonaqlara öz minnətdarlığını bildirib və dünya şöhrətli alimə ictimai birlik adından xatirə diplomu və hədiyyə təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR