Bank Of Baku

Azərbaycanın cənub bölgəsində güclü külək nəticəsində bir sıra yaşayış məntəqəsi işıqsız qalıb

Azərbaycanın cənub bölgəsində güclü külək nəticəsində bir sıra yaşayış məntəqəsi işıqsız qalıb
# 10 mart 2010 13:31 (UTC +04:00)
APA-nın cənub bürosunun xəbərinə görə, külək 35 kilovotluq Lənkəran-Hamarat-Lerik və Masallı-Televar-Lerik yüksək gərginlikli hava xətlərini qırıb. Nəticədə Lerik və Yardımlı rayonları tamamilə, Astara rayonunun isə 10 kəndi işıqsız qalıb. Yardımlı rayonunda 50-dək elektrik dirəyi aşıb.

Lerik və Yardımlı rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, qəza briqadalarının səyi ilə hər iki rayon mərkəzinə elektrik enerjisinin verilişi bərpa olunub. Günün sonuna kimi bütün yaşayış məntəqələrinə enerji nəqlinin bərpası nəzərdə tutulur.

Hazırda Lerik və Yardımlıda külək səngiyib. Lənkəranda isə güclü külək davam edir.

Lənkəran rayonunun bir sıra yaşayış məntəqələrinə enerji verilişi dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR