Bank Of Baku

Elmira Süleymanova BMT-nin HİV/AİDS proqramının regional əlaqələndiricisini qəbul edib

Elmira Süleymanova BMT-nin HİV/AİDS proqramının regional əlaqələndiricisini qəbul edib
# 10 mart 2010 14:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Elmira Süleymanova BMT-nin HİV/AİDS Proqramının (UNAİDS) regional əlaqələndiricisi Manoela Qrozdanovanı qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tanışlıq məqsədi daşıyan görüşdə M. Qrozdanova təmsil etdiyi regional ofisin ötən ilin iyulundan fəaliyyət göstərdiyini diqqətə çatdırıb və dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların səylərinə baxmayaraq xəstəliyin sürətlə yayıldığını vurğulayıb. O görüşün məqsədinin HİV üzrə əməkdaşlığın zəruriliyi və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın perspektivlərini müəyyənləşdirməkdən ibarət olduğunu bildirib.

Azərbaycanda da bu təhlükəli xəstəliyə yoluxmuş insanların sayının artmaqda olduğunu deyən E. Süleymanova isə AİDS-in profilaktikası və müalicəsi, sağlam həyat tərzinin bərqərar edilməsi üçün zəruri tədbirlər görüldüyünü, Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzi ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu, “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin yayılmasının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi ilə bağlı təkliflər verdiyini bildirib. Ombudsman qeyd edib ki, İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planında əhalinin köməyə daha çox ehtiyaclı qrupları, o cümlədən narkomaniyadan əziyyət çəkən və HİV/AİDS-ə yoluxmuş insanlar üçün maarifləndirmə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Ombudsmanın əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi ilə bağlı ixtisaslaşdırılmış müşavirləri, habelə AİDS-lə mübarizə və HİV-ə yoluxmuş insanların hüquqlarının müdafiəsi üzrə müşaviri fəaliyyət göstərir. E. Süleymanova profilaktika məqsədilə ölkə boyu poliklinikalarda anonim kabinetlərin yaradılmasının və bu kabinetlər haqqında əhalinin məlumatlandırılmasının, ekspress-testlərin aparılmasının, hamilə qadınların bu testlərdən keçirilməsinin, qan banklarının yaradılmasının zəruriliyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR