Bank Of Baku

Zərdabda nəqliyyat vasitələrinin ekologiyanı çirkləndirməsinin qarşısını almaq məqsədi ilə reyd keçirilib

Zərdabda nəqliyyat vasitələrinin ekologiyanı çirkləndirməsinin qarşısını almaq məqsədi ilə reyd keçirilib
# 10 mart 2010 15:19 (UTC +04:00)
Göyçay. Zahid Abışov-APA. Zərdab rayonunda nəqliyyat vasitələrinin ekologiyanı çirkləndirməsinin qarşısını almaq məqsədi ilə reyd keçirilib. Reyd Ekologiya Nazirliyinin Göyçay Regional İdarəsinin və Zərdab rayon Dövlət Yol Polisinin əməkdaşları tərəfindən aparılıb. Zərdab rayon Dövlət Yol Polisinin rəisi Hikmət Məlikov APA-nın yerli bürosuna bildirib ki, şöbədə hazırlanan tədbirlər planına uyğun olaraq 39 nəqliyyat vasitəsinə baxış keçirilib. 19 sürücü barəsində avtomobillərdən atmosferə normadan artıq dəm qazı buraxılmasına görə, 8 sürücü barəsində isə digər qayda pozuntularına görə inzibati protokol tərtib olunub. Belə tədbirlərin hər ay keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR