Bank Of Baku

Ucar və Göyçay rayonlarına elektrik enerjisinin verilməsində fasilə yaranıb

Ucar və Göyçay rayonlarına elektrik enerjisinin verilməsində fasilə yaranıb
# 10 mart 2010 16:52 (UTC +04:00)
Ucar. Zahid Abışov-APA. Bu gün günorta saatlarından başlayaraq Azərbaycanın Ucar və Göyçay rayonlarında güclü külək başlayıb. APA-nın yerli bürosunun xəbərinə görə, bununla bağlı hər iki rayonda enerji verilişində bir sıra problemlər yaranıb. Ucar Şəbəkə Rayonunun rəisi Bahadur Faxradovun bildirdiyinə görə, hazırda rayon mərkəzinin bir hissəsinə və kəndlərə enerji verilişi dayandırılıb. İlkin məlumata görə, rayon ərazisində bir neçə elektrik dirəyi aşıb, 3 kənddə ağaclar qırılaraq elektrik naqillərinin üzərinə düşüb. Külək rayon mərkəzinə yaxın ərazidən keçən neft təhlükəsizlik kəmərinin yuyucu hissəsinin üst qatını ataraq elektrik dirəyinə çırpıb və dirəyi sındırıb.

Göyçay rayonunun bir sıra kəndlərində elektrik xətləri qırılıb. Bəzi kəndlərdə isə güclü küləklə bağlı qabaqlayıcı tədbir kimi elektrik enerjisinin verilişi dayandırılıb. Külək səngiyəndən sonra elektrik enerjisinin verilişinin bərpa olunacağı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR