Bank Of Baku

Ədliyyə Nazirliyi qanvermə aksiyası keçirib

Ədliyyə Nazirliyi qanvermə aksiyası keçirib
# 11 mart 2010 08:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ədliyyə Nazirliyi hemofiliyalı və talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirib. APA-nın məlumatına görə, nazirliyin Tibb Baş İdarəsində keçirilən aksiyada Ədliyyə Akademiyasının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, nazirliyin mərkəzi aparatının əməkdaşları iştirak ediblər.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, nazirlik bir neçə ildir ardıcıl olaraq belə aksiyalar keçirilir. O, bu il keçirilən aksiyada xidmətin 100-dək əməkdaşının iştirak edəcəyini söyləyib.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev isə qanvermə aksiyasının hər il yazqabağı təşkil olunduğunu və bu il də həmin ənənəyə sadiq qaldıqlarını deyib: “Bu aksiyada nazirliyin bütün əməkdaşlar könüllü iştirak edir”. O, ötən il keçirilən aksiyada nazirliyin 200 əməkdaşının qan verdiyini, bu il isə 300 əməkdaşının qan verməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Qeyd edək ki, qanvermə aksiyası üç gün davam edəcək və toplanan qan Qan Bankına təhvil veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR