Bank Of Baku

Azərbaycan ombudsmanı və UNİCEF-in ölkə nümayəndəliyinin rəhbəri əməkdaşlıq haqqında iş planı imzalayıblar

Azərbaycan ombudsmanı və UNİCEF-in ölkə nümayəndəliyinin rəhbəri əməkdaşlıq haqqında iş planı imzalayıblar
# 11 mart 2010 09:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Elmira Süleymanova UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevardı qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Herevard Ombudsman Aparatının və onun regional mərkəzlərinin uşaq hüquqları sahəsində bilik və bacarıqlarının, fəaliyyət imkanlarının daha da inkişafına, “Əlliliyi olan şəxslərin hüquqları haqqında” BMT Konvensiyasının Azərbaycanda tətbiqi üzrə monitorinqə kömək göstərməyə hazır olduğunu bildirib. E. Süleymanova isə əlilliyi olan insanların, o cümlədən əlil uşaqların hüquqlarının müdafiəsi sahəsində mühüm tədbirlərin görüldüyünü, müvafiq dövlət orqanlarına təkliflər verildiyini, hakimlərin yuvenal ədliyyə sahəsində təcrübəsini artırmağın, bu istiqamətdə beynəlxalq təcrübəni öyrənməyin vacibliyini vurğulayıb.

Görüşün sonunda E. Süleymanova və M. Herevard 2010-cu ildə Ombudsman təsisatı ilə UNİCEF-in uşaq hüquqları üzrə birgə fəaliyyətinə dair iş planı imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR