Bank Of Baku

Yunanıstanda ümummilli tətil başlayıb

Yunanıstanda ümummilli tətil başlayıb
# 11 mart 2010 09:37 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstanda həmkarlar ittifaqları son bir ayda ikinci ümummilli tətilə başlayıblar.

APA-Economics”in “Associated Press”ə istinadən məlumatına görə, aksiya vergilərin artırılmasına və sosial ödənişlərin ixtisarına etiraz məqsədi daşıyır.

Aksiyada Yunanıstanın əmək qabiliyyətli əhalisinin tən yarısı – 2,5 mln. nəfər iştirak edir. Tətil səbəbindən Afinada və ölkənin digər böyük şəhərlərində ictimai nəqliyyatın hərəkəti dayanıb. Aviareyslərin əksəriyyəti təxirə salınıb, bərə nəqliyyatı fəaliyyətini dayandırıb.

Jurnalistlər, həkimlər və aviadispetçerlər artıq tətilə başlayıb. onlara polis əməkdaşlarının, sahil mühafizəsi işçilərinin və başqa peşə sahiblərinin də qoşulması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR