Bank Of Baku

“Naxçıvan tarixi atlası” çapdan çıxıb

“Naxçıvan tarixi atlası” çapdan çıxıb
# 11 mart 2010 09:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsi tərəfindən “Naxçıvan tarixi atlası” çap olunub. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, atlasda regionun müxtəlif dövrlərinin tarixi coğrafiyasını əks etdirən 50-yə qədər xəritə öz əksini tapıb. Yeni nəşrdə yer alan xəritələrdə Naxçıvanın qədim yaşayış məskənləri, SSRİ dövründə zorla ermənilərə verilən ərazilər, daş və mis dövrünün, qədim türk abidələrinin yayıldığı areallar ayrıca yer tutur.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikində çap olunmuş atlasda Naxçıvan Muxtar Respublikasının tarixən malik olduğu ərazilər, regionun rayonlarının inzibati əraziləri və malik olduqları sərvətlər dəqiqliklə öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR