Bank Of Baku

Novruz bayramı bu il Azərbaycanda daha təntənəli qeyd olunacaq

Novruz bayramı bu il Azərbaycanda daha təntənəli qeyd olunacaq
# 11 mart 2010 10:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Novruz bayramı münasibətilə Azərbaycan paytaxtında böyük bayram şənlikləri təşkil olunacaq. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, icra hakimiyyəti İlaxır Çərşənbə bayramı da təşkil edəcək. Bayram tədbiri martın 16-da Qız Qalasının qarşılında keçiriləcək. “Atəşgah”dan faytonlarla gətiriləcək odla Qız Qalasının üzərində qurulacaq üç məşəl yandırılacaq, saat 19.00-da isə konsert proqramı başlayacaq. Konsertin sonunda isə Milli Parkda atəşfəşanlıq təşkil ediləcək. BŞİH martın 20-də də Milli Parkda atəşfəşanlıq təşkil edəcək.

Novruz bayramı tədbirləri isə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək. Nazirliyin mətbuat katibi intiqam Hümbətov APA-ya bildirib ki, hazırda bayram proqramının hazırlanması üzərində iş gedir. Bayram tədbirləri İçərişəhərdən başlayacaq, Qoşa Qala Qapısı, Qız Qalası və Dənizkənarı Milli Parkda davam edəcək: “Hazırda böyük bayram tədbirləri proqramı hazırlanır. Novruz bayramı YUNESKO-nun irs siyahısına daxil edilib, BMT tərəfindən 21 Mart - Beynəlxalq Novruz Günü elan olunub. Ona görə də bu il bayram tədbirləri daha təntənəli və geniş şəkildə qeyd olunacaq”.

İ. Hümbətov bildirib ki, hazırda keçiriləcək tədbirlərlə bağlı məşqlər gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR