Bank Of Baku

Azərbaycanla Cənubi Koreya arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanla Cənubi Koreya arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
# 11 mart 2010 10:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Cənubi Koreya Respublikasının torpaq, nəqliyyat və dəniz işləri naziri Yong Hvan Çunqun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Hüseyn Bağırov qonaqları qəbul edib. Görüş zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Koreyanın Torpaq, Nəqliyyat və Dəniz İşləri Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, 2008-ci ildə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Koreyanın Ətraf Mühit Nazirliyi arasında “Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Bundan sonra Azərbaycanda ətraf mühitin idarə olunması üzrə Baş Plan hazırlanıb. Ötən müddət ərzində Cənubi Koreya nümayəndələri dəfələrlə Azərbaycanda işgüzar səfərlərdə olub, baş plan çərçivəsində həyata keçirilməsi məqsədəuyğun sayılan layihə təklifləri müzakirə edilib. Bu müzakirələrin nəticəsi olaraq ilkin mərhələdə “Təmizlənmiş çirkab suların yaşıllıqların suvarılmasında təkrar istifadəsi”, “Qobustanda bərk məişət tullantıları poliqonunun inşası”, “Ekoloji mühitin avtomatlaşdırılmış monitorinq sisteminin qurulması” layihələrinin həyata keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR