Bank Of Baku

Dövlət Əmək Müfəttişliyi bu ilin yanvar-fevral aylarında 529 müəssisədə dövlət nəzarəti həyata keçirib

Dövlət Əmək Müfəttişliyi bu ilin yanvar-fevral aylarında 529 müəssisədə dövlət nəzarəti həyata keçirib
# 11 mart 2010 12:13 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Əmək Müfəttişliyi tərəfindən 2010-cu ilin yanvar-fevral aylarında 529 müəssisədə, o cümlədən 189 dövlət müəssisəsində, 340 qeyri-dövlət müəssisəsində dövlət nəzarəti həyata keçirilib.

APA-Economics”in məlumatına görə, DƏM-in rəhbəri Nəbi Şükürlü jurnalistlərə bildirib ki, müfəttişlik hesabat dövründə 475 ərizəni araşdırıb, 227 məktuba baxıb.

İlin ilk iki ayı ərzində 72 793 manat gecikdirilmiş ödəmələrin ödənilməsi təmin edilib, o cümlədən 57 651 manat əmək haqqı, 9 350 manat zərərə görə ödənc, 5 792 manat sosial müavinət və kompensasiyalar ödənilib.

Hesabat dövründə 6 nəfər işdən qeyri-qanuni azad olunmuş işçilər öz işinə bərpa edilib, 1890 hüquq pozuntusu aşkar olunub, 245 nəfərlə əmək müqaviləsinin bağlanılması təmin edilib, 324 kollektiv müqavilə təqdim edilib.

N.Şükürlünün verdiyi məlumata əsasən, yanvar-fevral aylarında inzibati xətaya görə 48 550 manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR