Bank Of Baku

Bu gün Qəbələ rayonunda 10 min ağac əkilib

Bu gün Qəbələ rayonunda 10 min ağac əkilib
# 11 mart 2010 13:02 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov-APA. Qəbələ rayonunda “Ekologiya ili” münasibətilə daha 10 min ağac əkilib. APA-nın yerli bürosunun məlumatına görə, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə martın 11-də keçirilən növbəti yaşıllaşdırma tədbirində müxtəlif idarə və təşkilatların kollektivləri ilə yanaşı, sadə vətəndaşlar da yaxından iştirak edib. Ümumrayon iməciliyində 2500 nəfər iştirak edib və gün ərzində 10 min ədəd şam, çinar, qovaq və küknar ağacı əkilib. Payız mövsümü başlanandan bu günədək Qəbələdə 25 min ədəd ağac əkilib. Ağac tingləri əsasən boş torpaq sahələrinə, küçələrin kənarına, park və bağlara, sosial obyektlərin ətrafına əkilib. İlin sonunadək 50 mindən artıq ağacın əkilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR