Bank Of Baku

Müxtəlif bölgələrdə baş verən güclü zəlzələlərin Azərbaycana təsiri yoxdur

Müxtəlif bölgələrdə baş verən güclü zəlzələlərin Azərbaycana təsiri yoxdur
# 11 mart 2010 13:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Dünyanın müxtəlif bölgələrində baş verən güclü zəlzələlərin Azərbaycana təsiri yoxdur. Bu barədə APA-ya AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, Azərbaycanda seysmik durum fon səviyyəsindədir: “Zəif təkanlar olur. Bunlar hiss olunmayan təkanlardır, onları ancaq cihazlar qeydə alır. Dünyanın müxtəlif bölgələrində baş vermiş güclü zəlzələlərin bizim regiona təsiri ola bilməz. Çünki bu regionlar coğrafi cəhətdən başqa-başqa regionlardır. Məsafə etibarilə də uzaq ərazilərdir. O ərazilərdən bura dalğa ötürülməsi, yaxud bizim zəlzələ ocaqlarına təsiri mümkün ola bilməz”.

Q. Yetirmişli deyib ki, qonşu Türkiyə və İranda baş verən zəlzələlərin də Azərbaycana təsiri yoxdur: “Bu ölkələrdə baş verən zəlzələlərin hansı bizdə hiss olunur? Heç biri. Zəlzələ ocağına yaxın təkan olsa, hazırlıqda olan ocaqda oyatma əmələ gətirə bilər. Şükür ki, bizdə belə oyatma qeydə alınmayıb”.

Mərkəz direktorunun sözlərinə görə, ilin əvvəlindən Azərbaycan ərazisində 400-500 xırda təkan qeydə alınıb: “Bu, seysmik stansiyaların sayının artması və cihazların yüksək həssaslığa malik olmasının nəticəsidir. Zəlzələ zonasında zəlzələnin olmamasının özünün də çox böyük təhlükəsi var. Çünki xırda təkanlarla parçalanma gedir və müəyyən müddət enerji boşalması yaranır”.

Qeyd edək ki, İstanbulun bələdiyyə başqanı Qədir Toppaş əhaliyə dağıdıcı zəlzələyə hazır olmaq barədə xəbərdarlıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR