Bank Of Baku

Milli Oftalmologiya Mərkəzinin həkim briqadası Lənkəranda humanitar aksiya keçirir

Milli Oftalmologiya Mərkəzinin həkim briqadası Lənkəranda humanitar aksiya keçirir
# 11 mart 2010 13:05 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) 10 nəfərdən ibarət həkim briqadası Lənkəranda humanitar aksiya keçirir. Briqadaya mərkəzin direktoru Elmar Qasımov rəhbərlik edir. Lənkəran Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın cənub bürosuna verilən məlumata görə, MRX-nin təşəbbüsü ilə gerçəkləşən aksiya zamanı görmə qabiliyyətində problemi olan 100-dən çox rayon sakini ən müasir cihazlar vasitəsilə müayinə edilib, operativ müdaxiləyə ehtiyacı olan 30 xəstə müəyyənləşdirilib, digərlərinə isə ambulator müalicə təyin olunub. Cərrahiyə əməliyyatlarının MOM-un hər cür müasir tibb avadanlıqları ilə təchiz olunmuş səyyar klinikasında aparılacağı, aksiyanın martın 12-dək davam edəcəyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR