Bank Of Baku

Azərbaycan baş nazirinin müavini BMT-ni ittiham edib

Azərbaycan baş nazirinin müavini BMT-ni ittiham edib
# 11 mart 2010 13:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. “BMT Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisini narkotik vasitələrin əsas tranzit məkanı olduğunu bilsə də, Əfqanıstan-İran-Dağlıq Qarabağ narkotrafik marşrutunu öz hesabına daxil etmək istəmir”. APA-nın məlumatına görə, belə bir bəyanatla Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Əli Həsənov çıxış edib.

Ə. Həsənov bildirib ki, BMT dünyada narkotik vasitələrin 3 hərəkət marşrutunu - Əfqanıstan-Azərbaycan, Əfqanıstan-Orta Asiya-Azərbaycan və Əfqanıstan-İran-Azərbaycan marşrutlarını tanıyıb. Bu gün ermənilərin nəzarətində olan Dağlıq Qarabağ isə dünyada narkotik vasitələrin ən böyük tranzit məkanına çevrilib.

Dağlıq Qarabağın həm narkotik vasitələrin becərilməsi, həm tranziti, həm də terrorçu qruplaşmalar hazırlayan düşərgələrin yerləşdiyi əsas ərazilərdən biri olduğunu deyən baş nazirin müavini bildirib ki, orada baş verən cinayət əməlləri barədə real faktlar beynəlxalq təşkilatlara məlum olsa da, həmin təşkilatlar nədənsə bu məsələyə laqeyd yanaşır.

«Bu qurumlar öz maraqları ucbatından Dağlıq Qarabağda narkotik ticarətinin və terrorçuluğun qarşısını almağa cəhd göstərməyib. Beynəlxalq təşkilatlar Dağlıq Qarabağda narkotik ticarətinin və terrorçuluğun artdığını yaxşı bilir, amma bu məsələ ilə qəsdən məşğul olmaq istəmirlər. Həmin təşkilatlar bir çox ölkədə narkotik ticarətinə və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə apara bilir, tranzit marşrutlarının ünvanlarını hər il öz hesabatlarına daxil edir, amma Dağlıq Qarabağdakı vəziyyətə gələndə, heç bir addım atmırlar. Bu onu göstərir ki, problemin qalması beynəlxalq təşkilatlardakı mafiya qruplarının maraqlarına xidmət edir», - deyə Ə. Həsənov bəyan edib.

Komissiya sədri əlavə edib ki, BMT indiyədək bir dəfə Dağlıq Qarabağdakı vəziyyəti araşdırmaq üçün cəhd göstərsə də, ermənilərin həyata keçirdikləri tədbirlər nəticəsində bu məsələ diqqətdən kənarda qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR