Bank Of Baku

Marneulidə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə təmir edilmiş məktəbin açılışı olub

Marneulidə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə təmir edilmiş məktəbin açılışı olub
# 11 mart 2010 13:26 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Gürcüstanın Marneuli şəhərində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə yeni təmir olunmuş məktəbin açılış mərasimi olub. Bu barədə APA-nın Gürcüstan bürosuna Marneuli Rayon Təhsil Resursları Mərkəzinin rəhbəri Kamandar İsmayılov məlumat verib. Onun məlumatına görə, məktəbin açılışında Gürcüstanın təhsil və elm naziri Dimitri Şaşkin və Heydər Əliyev Fondunun İcraçı direktoru Anar Ələkbərov da iştirak edib. Sonra məktəbə baxış keçirilib. Yeni təmir edilmiş məktəbdə təhsil üçün hər cür şərait yaradılıb. Məktəb kompüter və dərs ləvazimatları və digər əyani vəsaitlərlə təchiz olunub.

200 şagird üçün nəzərdə tutulan məktəbdə hələlik 100 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur.

Tədbirdə Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze, onun müavini Hüseyn Yusifov, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaza Dekonoidze, rayon bələdiyyəsinin sədri Ayvaz İsmayılov, məktəbin pedaqoji kollektivi və jurnalistlər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR