Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Təhsil Nazirliyinə çağırılıb

ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Təhsil Nazirliyinə çağırılıb
# 11 mart 2010 13:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda rəsmi 23 min, qeyri rəsmi isə 300 min narkotik istifadəçisinin olduğu qeyd edilib. Özü də onların 35-40 faizini tələbələrin təşkil etdiyi deyilir. Azərbaycanda 120 min tələbə var, onun 40 faizi o deməkdir ki, hər dörd tələbədən 3-ü narkomandır”. APA-nın məlumatına görə, bunu təhsil nazirinin müavini Elmar Qasımov Azərbaycan Respublikası Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasında çıxışı zamanı deyib. E. Qasımov bildirib ki, hesabatda səsləndirilən faktlarla bağlı ABŞ səfirliyinin əməkdaşı Təhsil Nazirliyinə dəvət olunub: “Bizə dedilər ki, onlar yerli QHT-lərin məlumatlarına istinad ediblər. Qrant layihəsinin keçməsinə görə ölkəyə aid faktların belə şişirdilib təqdim edilməsi Azərbaycanın imicinə ziyan gətirir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR