Bank Of Baku

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının iclası keçirilib

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının iclası keçirilib
# 11 mart 2010 14:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Respublikası Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının ötən ilin yekunlarına həsr olunmuş iclası keçirilib. İclasda çıxış edən Dövlət Komissiyasının sədri, baş nazirin müavini Əli Həsənov BMT-nin 2008-ci il hesabatından bəzi məlumatları səsləndirib.

Hesabata əsasən dünyada narkotik istehsalı və istifadəsində azalma müşahidə olunur. Narkotik vasitələrdən bir dəfə istifadə edənlərin sayı 250 milyondur. 2008-ci ildə Əfqanıstanda 630 ton morfi və heroin istehsal edilib. Bu, dünyada ən böyük rəqəmdir. Əfqanıstanda opium və xaşxaş istehsalı azalıb. Ə. Həsənov deyib ki, Əfqanıstanda azalma müşahidə olunubsa, bu, elə dünyada azalma deməkdir. Ə. Həsənov kokain istehsalının da azaldığını deyib. O, dünyada, xüsusilə Avropada son dövrlər narkotiklərlə mübarizə ilə bağlı yeni tendensiya yarandığını söyləyib: “Narkotik istifadəçisinə cinayətkar kimi deyil, xəstə kimi baxırlar. Digər bir məsələ isə istifadəçinin məsuliyyətə deyil, müalicəyə cəlb olunmasıdır. Bu tendensiyanın müsbət nəticə verib-vermədiyini araşdırmalıyıq. Bundan sonra lazım olsa, biz də bu yanaşmanı müzakirə edib, bir qərara gələ bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR