Bank Of Baku

Azərbaycan paytaxtında məcburi köçkünlərə yaşayış binaları tikmək üçün torpaq tapılmır

Azərbaycan paytaxtında məcburi köçkünlərə yaşayış binaları tikmək üçün torpaq tapılmır
# 11 mart 2010 15:31 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Onun sözlərinə görə, prezidentin məcburi köçkünlərin yataqxanalardan köçürülməsinə dair göstərişi var: “Köçürülməyə başlamaq barədə göstəriş var. Amma bu elə deyil ki, bir günə mümkün olsun. Bunun üçün torpaq sahələri lazımdır. Hazırda isə praktiki olaraq Bakı şəhərində boş torpaq sahəsi yoxdur. Bir neçə variant olub, müzakirə etmişik, hələ ki, bir qərara gələ bilməmişik. Çünki torpaqlar orada da bölünüb, hamısı özəlləşdirilib, hamısı pay torpağıdır. Ona görə də bu proses vaxt tələb edir. Prezident Administrasiyası, Dövlət Əmlak Məsələləri üzrə Komitə, Abşeron rayon İcra Hakimiyyəti ilə birgə bu məsələləri müzakirə edirik. Amma hələlik əlimizdə konkret torpaq sahəsi yoxdur. Torpaq məsələsi həll olunandan sonra bunun layihəsini hazırlamaq lazımdır”.

Ə. Həsənov bildirib ki, yaxın günlərdə Ramana qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş 70 mənzildən ibarət bina istifadəyə veriləcək. Bundan başqa, Yevlax şəhərində 10 beşmərtəbəli binanın tikintisinə başlanacaq, Goranboy rayonunda isə hazırda üç beşmərtəbəli binanın tikintisi davam etdirilir.

Komitə sədri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunarsa, tikintilərin icrasına yenidən baxacağıq: “Həll olunmasa, o zaman tikintilər davam edəcək ki, insanlar heç olmasa rahat şəraitdə yaşasınlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR