Bank Of Baku

“Fəxri gənc” mükafatının təqdimetmə mərasimi keçirilib

“Fəxri gənc” mükafatının təqdimetmə mərasimi keçirilib
# 11 mart 2010 16:34 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) və Azərbaycanın Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Fəxri gənc” mükafatının təntənəli təqdimetmə mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimatda çıxış edən GTMŞ sədri Fuad Muradov “Qızıl döş” nişanı və diplomdan ibarət mükafatın artıq üçüncü ildir Azərbaycanda gənclər siyasətinə təkan olan insanlara, bilik və bacarıqları ilə fərqlənən gənclərə, təşkilatlara təqdim olunduğunu deyib. Onun sözlərinə görə, bu il bu mükafata müxtəlif nominasiyalar üzrə bir çox şəxslər, o cümlədən Heydər Əliyev Fondu, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, deputat Əkrəm Abdullayev, müğəni Aysel Teymurzadə və digərləri layiq görülüblər.

Bundan sonra mükafatlar sahiblərinə təqdim olunub.

Tədbir konsert proqramı ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR