Bank Of Baku

Prezident Daxili qoşunların bir qrup hərbi qulluqçusunu təltif edib

Prezident Daxili qoşunların bir qrup hərbi qulluqçusunu təltif edib
# 11 mart 2010 21:57 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən yüksək peşəkarlıq göstərdiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bir qrup hərbi qulluqçusu təltif olunublar.

APA-nın «Azərtac»a istinadən verdiyi məlumata görə, Prezident baş çavuş Məmmədbəyli Həzi Rasim oğlunu (ölümündən sonra), əsgər Hüseynov İdrak Ağamoğlan oğlunu (ölümündən sonra) və əsgər Xanıyev Mənsum Rəhmət oğlunu (ölümündən sonra) «İgidliyə görə» medalı ilə, polkovnik Alıyev Fuad Məhəmmədəli oğlunu, polkovnik-leytenant Hüseynov Tofiq Vaqif oğlunu, polkovnik-leytenant Məmmədov Hüseyn Elxan oğlunu, mayor Kərimov Elnur Elxan oğlunu, kapitan Cəfərov Mahmud Mirzəməmməd oğlunu, kapitan Yusibov Zəfər Qəzənfər oğlunu, gizir Məhəmmədi Asif Aslan oğlunu isə «Hərbi xidmətlərə görə» medalı ilə təltif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR