Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu kompüterlərin alınması üçün tender keçirir

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu kompüterlərin alınması üçün tender keçirir
# 12 mart 2010 07:08 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun Aparatı kompüterlərin satın alınması ilə bağlı tender elan edib.

Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak haqqı 200 manat təşkil edir. İddiaçıların tender sənədləri aprelin 12-dək qəbul edilir.

Tender təklifi 2 nüsxədə, həmçinin 2%-lik bank təminatı ilə birlikdə aprelin 29-dək DSMF-nin Aparatına təqdim olunmalıdır.

Tender proseduru aprelin 30-da DSMF-nin Aparatında keçiriləcək. Əlavə məlumat üçün (+99 412) 530 29 03 əlaqə telefonuna müraciət etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR