Bank Of Baku

Bu il Sumqayıtda əmək ehtiyatları arta bilər

Bu il Sumqayıtda əmək ehtiyatları arta bilər
# 12 mart 2010 08:14 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Sumqayıtda 2010-cu ildə şəhərdə əmək ehtiyatlarının 207 min nəfər olacağı proqnozlaşdırılır. Sumqayıt şəhər İcra Hakimiyyətindən “APA-Economics”ə verilən məlumata görə, bunun 188 min nəfəri əmək qabiliyyətli vətəndaşlardır.

Bu amilləri nəzərə alan Sumqayıt Məşğulluq Mərkəzi Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Baş Məşğulluq İdarəsi rəhbərliklərinin tapşırıq və tövsiyələrinə müvafiq olaraq əmək qabiliyyətli işaxtaran vətəndaşların, xüsusilə gənc nəslin peşə seçimi və peşəyönümü problemləri üzrə fəal tədbirləri gücləndirib.

Sumqayıtda 51 ümumtəhsil məktəbi fəaliyyət göstərir, bu məktəblərdə 43 100 şagird təhsil alır. Aparılmış təhlillər göstərir ki, bu şagirdlərdən 12 451 nəfəri IX-XI sinifdə oxuyur və adətən onların 20%-ə qədəri peşə seçmək barədə düşünürlər.

2010-cu ilin yanvar-fevral aylarında Sumqayıtın 20-yə yaxın orta ümumtəhsil məktəbində aparılmış fəal peşəyönümü tədbirlərinə 970-ə yaxın IX – XI sinif şagirdləri cəlb edilib. Şagirdlər müxtəlif peşələr barəsində ətraflı məlumatlar almış, orta məktəblərdə bu işlərə bilavasitə məsul şəxslər təhkim olunub və Məşğulluq Mərkəzində kütləvi tədbirlər keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR