Bank Of Baku

Azərbaycanın dağlıq rayonlarında qar yağacaq, bəzi şimal rayonlarında yağıntı intensiv olacaq

Azərbaycanın dağlıq rayonlarında qar yağacaq, bəzi şimal rayonlarında yağıntı intensiv olacaq
# 12 mart 2010 08:53 (UTC +04:00)
Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, havanın temperaturu gündüz 7-10, axşam 4-6 dərəcə isti olacaq.

Martın 13-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Lakin axşam bəzi yerlərdə çiskinli az yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq.

Martın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə zəif duman, olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.

Martın 15-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 13-də hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 3-6 dərəcə, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacaq.

Martın 14-15-də gündüz, əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı şimal rayonlarında yağıntının intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR