Bank Of Baku

Azərbaycanda torpaq sürüşmələri və güclü yağışlar nəticəsində zərər çəkən evlər və obyektlərin əvəzinə yeniləri tikilir

Azərbaycanda torpaq sürüşmələri və güclü yağışlar nəticəsində zərər çəkən evlər və obyektlərin əvəzinə yeniləri tikilir
# 12 mart 2010 11:07 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın müxtəlif bölgələrində torpaq sürüşmələri və yağan güclü yağışlar nəticəsində zərər çəkən evlər və obyektlərin əvəzinə yeniləri tikilərək istifadəyə verilir. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib. Nazir deyib ki, ötən il Masallı rayonunda baş verən torpaq sürüşməsi nəticəsində zərər çəkən evlərin yerinə sürüşmə zonası olmayan ərazilərdə 30-dan artıq evin tikintisinə başlanıb: “Fövqəladə Hallar Nazirliyinin əsas məqsədi sürüşmə zamanı həmin ərazidə zərər çəkən evləri və obyektləri bərpa etmək və ya yerində yenilərini tikməkdir. Ötən ilin yayında Quba, Qusar, Xaçmaz, Hacıqabul, Şirvan və Salyan rayonlarında yağan güclü yağışlar nəticəsində də bir sıra evə zərər dəymişdi. Ölkə prezidentinin tapşırığına əsasən, həmin rayonlarda da tikinti işlərinə başlanıb. Evlərin bir çoxu artıq hazırdır, bəzilərində isə iş davam edir”.

K. Heydərov bildirib ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərə 400 min manatdan artıq məbləğdə tikinti materialları göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR