Bank Of Baku

Əliağa Hüseynov: “Bir-iki Salyan sakini rayonda aparılan abadlıq işlərinə qara yaxmağa çalışır”

Əliağa Hüseynov: “Bir-iki Salyan sakini rayonda aparılan abadlıq işlərinə qara yaxmağa çalışır”
# 12 mart 2010 11:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. “Salyan rayonunda bazarın sökülməsi və bizneslə məşğul olan rayon sakinlərinin təzyiqlərə məruz qalması barədə bəzi KİV-lərdə sifarişlə qərəzli yazılar dərc olunur”. Bunu APA-ya açıqlamasında Salyan rayon İcra Hakimiyyətinin başçısı Əliağa Hüseynov deyib.

Ə. Hüseynov bildirib ki, rayonda bir-iki nəfər aparılan abadlıq işlərinə qara yaxmağa çalışır: «Salyanı özləri üçün özəlləşdirən insanlar olub. Məsələn, rayon əmtəə-ticarət şöbəsinin sədri. Bu yazıları da o yazdırır. Rayon əmtəə-ticarət şöbəsi həmin şəxsin qardaşlarından, qohum-əqrəbasından ibarətdir. Biz deyirik ki, camaata işləmək və yaşamaq üçün şərait yaratsınlar, bu da onların xoşuna gəlmir».

Ə. Hüseynovun sözlərinə görə, ticarətlə məşğul olan şəxslərə mağazalarının qarşısını abadlaşdırmaq tapşırılıb: “Bəzi şəxslər isə bunu iş adamlarına təzyiq kimi qələmə verirlər”.

Ə. Hüseynov hər il Kür çayının daşması nəticəsində Salyan rayonunun mərkəzində evlərin su basması ilə bağlı yaranan problemlərin aradan qaldırılması üçün işlərin aparıldığını da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR