Bank Of Baku

Azərbaycanda pensiyaların sığorta hissəsinin 2010-cu il üçün indeksləşdirilməsi başa çatıb

Azərbaycanda pensiyaların sığorta hissəsinin 2010-cu il üçün indeksləşdirilməsi başa çatıb
# 12 mart 2010 11:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda pensiyaların sığorta hissəsinin 2010-cu il üçün ötən ilki inflyasiyanın səviyyəsinə uyğun indeksləşdirilməsi başa çatdırılıb. Bunu «APA-Economics»ə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslimov bildirib.

S.Müslimovun sözlərinə görə, pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi artıq başa çatıb: «Bu, texniki və avtomatlaşdırılmış prosesdir. Həm yanvar ayında olan fərq, həm də fevral ayındakı artımla birlikdə fevral ayının müavinətləri pensiyaçılara ödənilib».

Qeyd edək ki, ötən il ölkədə inflyasiyanın səviyyəsi 1,5% olub və indeksləşmə məhz buna uyğun aparılıb. Həmin proses 2009-cu ildə də həyata keçirilib və pensiyaların sığorta hissəsi 2008-ci ildəki 20,8%-lik inflyasiyaya müvafiq səviyyədə artırılıb.

Xatırladaq ki, inflyasiyaya uyğun indeksləşdirmə Azərbaycanın sığorta-pensiya sistemində 2006-cı ildən tətbiq olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR