Bank Of Baku

Azərbaycanla İordaniya arasında gənclər və idman sahəsində Tədbirlər Planı imzalanıb

Azərbaycanla İordaniya arasında gənclər və idman sahəsində Tədbirlər Planı imzalanıb
# 12 mart 2010 15:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Gənclər və İdman Nazirliyi (GİN) ilə İordaniya Haşimilər Krallığının Ali Gənclər Şurası arasında 2010-2011-ci illəri əhatə edən gənclər və idman sahəsində Tədbirlər Planı imzalanıb. GİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tədbirlər Planı Azərbaycan hökuməti ilə İordaniya Haşimilər Krallığı hökuməti arasında “2010-2012-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə icraedici əməkdaşlıq proqramı”nın daha səmərəli həyata keçirilməsi məqsədilə imzalanıb.

Tədbirlər Planını gənclər və idman nazirinin müavini İntiqam Babayev və İordaniya Ali Gənclər Şurasının baş katibi Sari Əhməd Hamdan imzalayıb. Planda hər iki ölkədə gənclər günlərinin, gənclər siyasətinə həsr olunmuş görüşlərin və forumların keçirilməsi, gənc rəssamların və fotoqrafların birgə sərgilərinin təşkili, tələbə və gənclər təşkilatlarının təmsilçilərindən ibarət nümayəndə heyətlərinin səfərlərinin təşkili, idman sahəsində müxtəlif idman növləri üzrə birgə təlim-məşq toplantılarının keçirilməsi, idman nümayəndə heyətlərinin hər iki ölkədə keçirilən müxtəlif ölkədaxili idman tədbirlərində nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR