Bank Of Baku

ADU-da video-konfrans keçirilib

ADU-da video-konfrans keçirilib
# 12 mart 2010 16:42 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksinin (İRK)Amerika Mərkəzində Fransanın Paris Siyasi Elmlər Universiteti ilə ADU arasında video-konfrans keçirilib.

APA-nın məlumatına görə, konfrans zamanı ADU – Paris Siyasi Elmlər Universiteti – NATO-nun Brüsseldəki Baş Qərargahı arasında birbaşa bağlantı yaradılıb.

“Cənubi Qafqaz regionunun NATO üçün əhəmiyyəti” mövzusunda reallaşan konfransın əsas məqsədi Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin və Paris Siyasi Elmlər Universitetinin tələbələri arasında NATO üçün Cənubi Qafqaz regionunun əhəmiyyəti haqqında fikir mübadiləsi aparmaq olub. NATO-nun Brüsseldəki Qərargahının nümayəndəsi cənab Düra, Fransanın Paris Siyasi Elmlər Universitetinin professoru xanım Ann Mari Lizinlə ADU-nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin tələbələri və professor-müəllim heyəti arasında baş tutan video-konfrans zamanı NATO-nun Cənubi Qafqazda genişlənməsi, beynəlxalq və regional münaqişə ocaqları, o cümlədən Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqda qarşılıqlı fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb. Hər iki universitetin tələbələri NATO nümayəndəsinə sual ünvanlayıblar. Eyni zamanda ADU-nun tələbələri Paris Siyasi Elmlər Universitetinin tələbələrinə Ermənistan-Azərbaycan münaqişəsi haqqında qısa məlumat verərək onların suallarını cavablandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR