Bank Of Baku

Azərbaycanda son 7 ildə 1 300-dən artıq məktəb inşa olunub

Azərbaycanda son 7 ildə 1 300-dən artıq məktəb inşa olunub
# 13 mart 2010 09:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda 2003-2009-cu illər ərzində 1 349 məktəb inşa edilərək istifadəyə verilib.

«APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin hazırladığı 2009-cu ilin yekunlarına dair hesabatda bildirilir.

Hesabata əsasən, 7 il ərzində ən çox məktəb (342) 2005-ci ildə, ən az isə (68) 2009-cu ildə tikilib. Ümumilikdə son 10 ildə məktəb tikintisi sahəsində dövlət proqramları və digər mənbələr hesabına həyata keçirilən tikinti işləri nəticəsində ikinövbəli ümumtəhsil məktəblərinin sayı 73,3%-dən 44,5%-ə, ikinci növbədə təhsil alan şagirdlərin sayı isə 34%-dən 21%-ə düşüb.

Hesabatda həmçinin qeyd olunub ki, 2009-cu ildə «Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı»na əsasən Məlumat və Resurs Mərkəzi yaradılıb, 500 məktəb genişzolaqlı sürətli internetə qoşulub, şagirdlərə 400 noutbuk verilib, Bakı şəhərinin 20 məktəbində «Elektron məktəb» pilot layihəsinin tətbiqinə başlanılıb. Təhsilin informasiyalaşdırılması üzrə Dövlət Proqramının həyata keçirilməsi nəticəsində artıq ölkədə hər 25 şagirdə 1 kompüter nisbəti təmin olunub. Halbuki 2004-cü ildə hər 1 000 şagirdə 1 kompüter düşürdü.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR