Bank Of Baku

Azərbaycanın bəzi rayonlarında qar yağacaq

Azərbaycanın bəzi rayonlarında qar yağacaq
# 15 mart 2010 09:06 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gündüz 9-11 dərəcə, axşam 6-8 dərəcə isti olacaq.

Martın 16-da hava buludlu, əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşama doğru yarımadanın bəzi yerlərində güclənəcək. Gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq.

Martın 17-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.

Martın 18-də hava buludlu keçəcək, gündüz arabir açılacaq, gün ərzində əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 16-da əsasən gecə və axşam bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə güclənəcək. Gecə 4-7 dərəcə, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti olacaq.

Martın 17-18-də yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Arabir yağıntıların intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi bəzi meteohəssas insanlarda nisbətən narahatlıq hissi yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR