Bank Of Baku

“Uşaq hüquqlarının qorunmasında dövlət orqanları və QHT əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib

“Uşaq hüquqlarının qorunmasında dövlət orqanları və QHT əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib
# 15 mart 2010 10:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), UNİCEF və Uşaq Hüquqları üzrə QHT Alyansı “Uşaq hüquqlarının qorunmasında dövlət orqanları və QHT əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən komitə sədri Hicran Hüseynova bildirib ki, son illər Azərbaycanda məişət zorakılığının aradan qaldırılması istiqamətində dövlət strukturları, QHT-lər və beynəlxalq təşkilatların iştirakı ilə bir sıra ciddi addımlar atılıb. Uşaq hüquqlarının qorunmasında QHT-lərin rolunu xüsusilə qeyd edən H. Hüseynovanın sözlərinə görə, hazırda Uşaq Hüquqlarım üzrə QHT Alyansının tərkibində 100-ə qədər uşaq təşkilatı fəaliyyət göstərir: “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı” çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında zorakılıq, uşaq intiharı, uşaq alveri, uşaq cinayətkarlığı, uşaq əməyinin istismarı, erkən nikah, zərərli vərdişlər və dini biliklər mövzusunda maarifləndirmə kampaniyası keçirilib. Kampaniya çərçivəsində qaçqın və məcburi köçkün uşaqların təhsil aldıqları məktəblərdə və Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində seminarlar təşkil olunub”.

UNİCEF-in Azərbaycan üzrə nümayəndəsi Mark Herevard isə bildirib ki, uşaqlara qarşı zorakılıq hallarının baş verməsinə çox həssas yanaşmaq lazımdır: “Bizim apardığımız araşdırmalar göstərir ki, valideynlərin 22 faizi uşaqların tərbiyə edilməsində cismani cəzalara üstünlük verir. Uşaqların 75 faizi isə son 30 gün ərzində zorakılığa məruz qalması ilə bağlı məlumat verirlər. Zorakılığa məruz qalan uşaqların sayı zorakılığa əl atan valideynlərin sayından çoxdur. Halbuki uşaqlar üçün zorakılıqdan kənar mühit yaratmaq mümkündür. Belə mühit onların daha sağlam, psixoloji cəhətdən bütöv böyüməsinə kömək edə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR