Bank Of Baku

Ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ təqaüdünün verilməsi üzrə keçirilən test imtahanının nəticələri açıqlanıb

Ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ təqaüdünün verilməsi üzrə keçirilən test imtahanının nəticələri açıqlanıb
# 15 mart 2010 10:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) martın 13-də ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqədə iştirak edən tələbələr üçün keçirdiyi test imtahanının nəticələri açıqlanıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 951 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 87 nəfəri imtahana gəlməyib. Nəticələr ARDNŞ-a təqdim edilib. İkinci tura buraxılmaq üçün keçid balı ARDNŞ tərəfindən təyin olunacaq.
Namizədlər ikinci turda ARDNŞ-in əməkdaşlarından ibarət komissiyada müsahibədə iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR