Bank Of Baku

Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə keçirilən test imtahanının nəticələri açıqlanıb

Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə keçirilən test imtahanının nəticələri açıqlanıb
# 15 mart 2010 10:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə martın 13-də keçirilən test imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticələr imtahan keçirilən gün saat 14.30-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilib və hər bir namizədin imtahan nəticələrinə dair məlumat vərəqi Daxili İşlər Nazirliyinə (DİN) təqdim olunub. Müsabiqədə iştirak etmək üçün namizədliyi qeydə alınan 79 nəfərin hamısı imtahanda iştirak edib. Namizədlərdən 55 nəfəri müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb. İmtahanda ən yüksək nəticə 92 bal olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR