Bank Of Baku

“Azərbaycanın beynəlxalq əlaqələr və diplomatiya tarixi” adlı kitabın təqdimat mərasimi keçirilib

“Azərbaycanın beynəlxalq əlaqələr və diplomatiya tarixi” adlı kitabın təqdimat mərasimi keçirilib
# 15 mart 2010 12:12 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycanın beynəlxalq əlaqələr və diplomatiya tarixi” adlı kitabın təqdimatı keçirilib. APA-nın məlumatına görə, kitabın həmmüəllifi, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, Azərbaycan diplomatiyasının tarixi çox zəngindir və bu tarix 1919-cu ildən başlamır. O, kitabın nəşrində məqsədin oxucuları bu tarixlə tanış etmək olduğunu deyib.

Kitab 4 cilddən ibarət olacaq. Təqdim olunan ilk cilddə 1639-cu ildən 1828-ci ilə qədər imzalanmış dövlətlərarası sənədlər və digər aktlar haqqında məlumat verilir. Kitabda 50-yə yaxın sənəd, o cümlədən Gülüstan və Türkmənçay müqavilələrinin mətni toplanıb. Sənədlərin həm orijinalı, həm də Azərbaycan dilinə tərcümə olunmuş variantları əks olunub.

Kitabın digər həmmüəllifi tarixçi Kərim Şükürovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR