Bank Of Baku

Yaponiyada ahıl vətəndaşlar üçün şəhərcik salınır

Yaponiyada ahıl vətəndaşlar üçün şəhərcik salınır
# 15 mart 2010 13:08 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiyada ahıl vətəndaşlar üçün şəhərcik salınır. “APA-Economics”in məlumatına görə, şəhərcik rahat qocalıq üçün bütün zəruri vasitələrlə təchiz olunacaq.

Şəhərcik Tokio yaxınlığındakı Kasiva yaşayış məntəqəsinin daxilində yaradılacaq. Hazırda bu ərazidə köhnə beşmərtəbəli binalar var. Hakimiyyət orqanları gələcəkdə bunların yerində hündürmərtəbəli binalar tikməyi planlaşdırır. Hər bir yaşayış kompleksinin qarşısında 24 saat işləyəcək tibb mərkəzləri və restoranlar olacaq.

İşə ictimai nəqliyyatın basırığında getməkdən bezən qoca yaponlar üçün yeni şəhərcikdə hər şey olacaq. Yeni şəhərcikdə biznes-mərkəzlər, emalatxanalar, hətta tərəvəz və gül əkmək üçün evlərin damında kiçik fermalar da olacaq.

Qeyd edək ki, Yaponiya əhalisinin sürətlə qocalmasından əziyyət çəkir. Ekspertlərin proqnozlarına görə, 2030-cu ildə ölkə əhalisinin 30%-ni yaşı 65-i keçmiş vətəndaşlar təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR