Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası 199 təşkilata 1,155,090 manat maliyyə yardımı ayıracaq

QHT-lərə Dövlət Dəstəyi Şurası 199 təşkilata 1,155,090 manat maliyyə yardımı ayıracaq
# 15 mart 2010 14:35 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 199 təşkilata 1,155,090 manat maliyyə yardımı ayrılması haqda qərar qəbul edib. APA-nın xəbərinə görə, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsini yekunlaşdırıb. Müsabiqəyə 489 layihə daxil olub. Şura katibliyinin apardığı ilkin seleksiya zamanı 82 təşkilatın təqdim etdiyi sənədlərdə çatışmazlıqlar aşkar edilib və bu layihələr ekspertizaya göndərilmədən geri qaytarılıb. Bir təşkilat eyni layihəni iki dəfə verdiyi üçün layihələrdən biri müsabiqədən kənarlaşdırılıb. 406 layihə ekspertizaya təqdim edilib. Hər bir layihə iki ekspert tərəfindən qiymətləndirilib. Nəticədə 1-ci maliyyə yardımı müsabiqəsinin qalibi olaraq 199 təşkilat seçilib.

Müsabiqənin nəticələri ilə bağlı apelyasiya müraciətləri 19 mart 2010-cu il saat 16.00-dək Şuranın müvafiq komissiyası tərəfindən qəbul edilir.

Maliyyə yardımı ayrılmış QHT-lər müqavilə bağlamaq üçün 1 aprel 2010-cu ilədək (bayram günləri istisna olmaqla) Şuranın katibliyinə müraciət etməlidirlər. Bu müddətə qədər QHT-nin Şuraya müraciət etməməsi ayrılmış maliyyə vəsaitindən imtina kimi qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR